525.Az

Macarıstan AK-nin Rusiya qazından imtina təklifinə qarşıdır - Siyarto


 

Macarıstan AK-nin Rusiya qazından imtina təklifinə qarşıdır - <b style="color:red">Siyarto</b>

Macarıstan Avropa Komissiyasının (AK) Rusiya qazından imtina təklifi ilə razılaşmadığını açıqlayıb.

525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2025) kuluarlarında bildirib.

"Biz Avropa Komissiyasının təklifini tamamilə rədd edirik. Bu təklifə qarşı lazım olduğu qədər mübarizə aparacağıq, çünki Rusiya ilə enerji sahəsində əməkdaşlığımızdan əl çəkmək istəmirik", - nazir söyləyib.

O, Rusiyanın enerji təchizatını etibarlı və ucuz adlandırıb. Əlavə edib ki, Macarıstan mənbələri dəyişmək istəmir.

Siyatro hesab edir ki, Aİ-nin Rusiya qazından imtina təklifi Avropa qaydalarını pozur. Digər tərəfdən, bu, Macarıstanın müəyyən mənbələrdən ciddi asılılığını nəzərdə tutur ki, bu da diversifikasiyadan açıq-aşkar geri addım atmaq olardı.

"Ona görə də biz enerji sahəsində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Burda korporativ rəhbərlər və hökumət rəsmiləri ilə danışıqlar aparmağa hazırlaşıram. Nə qədər lazımdırsa, bu təklifə qarşı mübarizə aparacağıq", - o qeyd edib.

Pərvanə Sultanova

 

 





19.06.2025    çap et  çap et