525.Az

Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb


 

Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb<b style="color:red"></b>

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.

525.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısını xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müşayiət edəcək.

Nümayəndə heyətinin tərkibinə Dövlət Mühafizə Xidmətinin rəhbəri Artur Qasparyan və digər rəsmi şəxslər də daxildir (APA).

 





20.06.2025    çap et  çap et