525.Az

Ərdoğan Mertslə İsrail və İran arasındakı münaqişəni müzakirə edib


 

Ərdoğan Mertslə İsrail və İran arasındakı münaqişəni müzakirə edib<b style="color:red"></b>

İranla nüvə mübahisəsinin həlli yolu danışıqlardan keçir, İsrailin hücumları isə nüvə yanacağının sızması ehtimalını artırır.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesi regional təhlükəsizliyə təhdidi maksimum dərəcədə artırıb.

O, həmçinin qeyd edib ki, İsrailin İrana hücumları miqrasiya baxımından Avropaya ziyan vura bilər.

R.T.Ərdoğan bildirib ki, Türkiyə münaqişənin dayandırılması və sabitliyin bərpası üçün səy göstərir və bu səylər davam etdiriləcək.

 





20.06.2025    çap et  çap et