525.Az

29 nadir balıq tutdu, milyonçu oldu


 

29 nadir balıq tutdu, milyonçu oldu<b style="color:red"></b>

Hindistanın Odişa ştatında balıqçı 29 nadir balıq tutmaqla bir gündə milyonçuya çevrilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Diqha çayının deltasında onun toruna hər birinin çəkisi 20 kq-dan çox 29 "Telia Bhola" balığı düşüb.

Balıqçı balıqları elə həmin gün yerli bazarda  3,3 milyon rupiyə (təxmini 65 min manat) satıb. 

Qeyd edək ki, "Telia Bhola" balığından şərq təbabətində dərman və kosmetika hazırlanmasında geniş istifadə olunur.

L.Tağıyeva

 





20.06.2025    çap et  çap et