525.Az

Pələnglə selfi etmək istədi, peşman oldu


 

Pələnglə selfi etmək istədi, peşman oldu<b style="color:red"></b>

Hindistanda pələng onunla selfi çəkdirmək istəyən insanlara hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rathambor milli parkının ərazisində baş verib.

Parkda gəzən turistlər Kaylaşpuri adlı su hövzəsində su içən pələnglə selfi çəkdirməyə başlayıblar. Onlardan biri - Sitaram Saini adlı yerli sakin pələngə çox yaxınlaşıb və bu zaman onun hücumuna məruz qalıb. Sitaramın köməyinə parkın əməkdaşı çatıb. Amma o da vəhşinin "sillə"sindən sonra xəsarət alıb.

Hər halda hər ikisinin bəxti gətirib. Ətrafdakıların səs-küyündən ürkən pələng şikarını buraxaraq meşəyə doğru qaçıb.

L.Tağıyeva

 





20.06.2025    çap et  çap et