525.Az

Türkiyədə avtobus tıra çırpıldı - 13 nəfərə yaralandı


 

Türkiyədə avtobus tıra çırpıldı - <b style="color:red"> 13 nəfərə yaralandı</b>

Türkiyənin Sakarya şəhərində ağır yol qəzası baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, yerli vaxtla saat 03:40-da İstanbul-Dənizli səfərini yerinə yetirən sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən tıra çırpılıb. Zərbə güclü alındığından avtobusun çırpıldığı tır qarşısında gedən başqa bir tırla toqquşub.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Qəza nəticəsində 13 nəfrə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





21.06.2025    çap et  çap et