525.Az

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


 

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib<b style="color:red"></b>

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrlandiyaya işgüzar səfəri çərçivəsində İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də yazıb.

"Səfər zamanı aparılan konstruktiv müzakirələr Azərbaycan-İrlandiya və Azərbaycan-Aİ münasibətlərinə, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinə və digər məsələlərə həsr olunub",- deyə diplomat qeyd edib.

Məlumata görə, E.Əmirbəyovun İrlandiya səfəri artıq başa çatıb.

 





21.06.2025    çap et  çap et