525.Az

Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər


 

Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas telefon danışığı zamanı Bakı və İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.

525.az bu barədə Ermənistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Telefon danışığı zamanı tərəflər həmçinin İsrail və İran arasında gərginliyin artması fonunda bölgədəki vəziyyətə toxunublar.

"Bundan başqa, üçüncü ölkələrin vətəndaşlarının İrandan Ermənistan ərazisi vasitəsilə təxliyə edilməsi imkanı da müzakirə olunub", - məlumatda bildirilib (“Report”).

 





21.06.2025    çap et  çap et