Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib.
Açılış mərasimində Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı imkanlardan söz açıblar.
525.az xəbər verir ki, 200-dən çox gəncin iştirakı ilə keçirilən forum çərçivəsində “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi baş tutub.
Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərlinin moderatorluq etdiyi paneldə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate–Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva spiker qismində çıxış ediblər. Həmçinin iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.