525.Az

Braziliyada hava şarı yandı - 8 ölü


 

Braziliyada hava şarı yandı - <b style="color:red">8 ölü</b>

Braziliyada hava şarının yanması 8 nəfərin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Prayye-Qrande şəhərində baş verib.
21 nəfərin gəzintiyə çıxdığı hava şarı qəfil alışıb. Qısa zamanda alov şarın yanar konstruksiyalarına yayılıb və şar yerə çırpılıb. Nəticədə 8 nəfər həlak olub.

Hadisə yerinə dərhal xilasedici və həkim briqadaları cəlb olunub. Digər sərnişiniərin vəziyyəti barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, son 1 həftədə Braziliyada sayca ikinci belə qəzadır. İyunun 15-də Boytuva şəhərində yerə çırpılan şarda olan 35 turistdən 1-i - hamilə qadın həyatını itirmiş, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri almışdı. Yeri gəlmişkən, həmin qəzanın səbəbkarı kimi müvafiq lisenziyası olmayan pilot həbs edilmişdi.

L.Tağıyeva

 





21.06.2025    çap et  çap et