Braziliyada hava şarının yanması 8 nəfərin ölümünə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Prayye-Qrande şəhərində baş verib.
21 nəfərin gəzintiyə çıxdığı hava şarı qəfil alışıb. Qısa zamanda alov şarın yanar konstruksiyalarına yayılıb və şar yerə çırpılıb. Nəticədə 8 nəfər həlak olub.
Hadisə yerinə dərhal xilasedici və həkim briqadaları cəlb olunub. Digər sərnişiniərin vəziyyəti barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, son 1 həftədə Braziliyada sayca ikinci belə qəzadır. İyunun 15-də Boytuva şəhərində yerə çırpılan şarda olan 35 turistdən 1-i - hamilə qadın həyatını itirmiş, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri almışdı. Yeri gəlmişkən, həmin qəzanın səbəbkarı kimi müvafiq lisenziyası olmayan pilot həbs edilmişdi.
L.Tağıyeva