Rusiyada Moskvanın "Torpedo" Futbol Klubunun sahibi Leonid Sobolev həbs olunub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Meşansk Rayon Məhkəməsinin sözügedən qərarına səbəb Sobolevin danışılmış oyunlarda iştirakıdır.
Hələ bir müddət əvvəl məhkəmə davam edərkən rusiyalı jurnalist İvan Karpov prosesin detallarını əldə edərək ictimaiyyətə açıqlamışdı. Onun yazdıqlarına görə, Leonid Sobolev "Torpedo"nun direktoru Valeri Skomorudovla birlikdə hakim Maksim Perezvaya rəsmi oyunlarda "Torpedo"nun qalib gəlməsi üçün 6 milyon rubl (təxmini 130 min manat) və əlavə bonus kimi rüşvət təklif edib.
Qeyd edək ki, başa çatan mövsümdə "Torpedo" 1-ci liqada 2-ci yeri tutub və Premyer Liqaya vəsiqə qazanıb.
L.Tağıyeva