525.Az

Avropalı baş nazirə eşşək hədiyyə etdilər 


 

Avropalı baş nazirə eşşək hədiyyə etdilər <b style="color:red"></b>

Danimarkanın baş naziri Mette Frederiksenə maraqlı hədiyyə təqdim olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Valbyudə Frederiksenin Sosial-Demokrat Partiyasının rəhbəri olmasının 10 illiyi ilə bağlı təşkil edilən və 100-dən çox qonağın iştirakı etdiyi ziyafətdə ona hədiyyə kimi karton eşşək bağışlanıb.

Baş nazir siyasi karyerasını başa vurduqdan sonra həmin karton eşşəyi həqiqisi ilə dəyişə biləcək.

Karyeradan söz düşmüşkən, Frederiksen baş nazir postu ilə vidalaşdıqdan sonra Baltik dənizində yerləşən Mön adasındakı evinə köçməyi və təsərrüfatla məşğul olmağı planlaşdırır.

Qeyd edək ki, Mette Frederiksen Danimarka tarixində ən gənc baş nazirdir. O, 2019-cu ildə bu posta seçiləndə cəmi 41 yaşı var idi.

L.Tağıyeva

 





21.06.2025    çap et  çap et