525.Az

Putin İraqın Baş naziri ilə Yaxın Şərqdəki eskalasiyanın enerji bazarları üçün risklərini müzakirə edib


 

Putin İraqın Baş naziri ilə Yaxın Şərqdəki eskalasiyanın enerji bazarları üçün risklərini müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və İraq Baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığı zamanı Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar enerji bazarları üçün risklər barədə narahatlıqlarını ifadə ediblər.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.

Tərəflər Yaxın Şərqdə silahlı qarşıdurmanın tezliklə dayandırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Bundan əlavə, onlar “OPEC+” çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 





23.06.2025    çap et  çap et