|
|
|
|
Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib.
525.az xəbər verir ki, bu barədə XİN-in "X" hesadında paylaşım edilib.
"Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq", - deyə paylaşınmda qeyd edilib.