525.Az

ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb


 

ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb<b style="color:red"></b>

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilən İranın Fordo nüvə obyektində çuxurlar qeydə alıb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin Rəhbər Şurasının fövqəladə iclasının açılışında bildirib.

O qeyd edib ki, hazırda yeraltı infrastruktura dəyən ziyanı qiymətləndirmək mümkün deyil.

"Fordo obyektində, İranın əsas 60 %-ə qədər uran zənginləşdirmə obyektində, çuxurlar görünür. Bu da dəlib-keçən döyüş sursatlarının istifadəsini göstərir, bu, ABŞ-nin bəyanatları ilə uyğunluq təşkil edir. Hazırda heç kim, o cümlədən AEBA, yeraltında dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil", - o bildirib.

R.Qrossi həmçinin qeyd edib ki, ABŞ-nin İranın İsfahandakı nüvə obyektinə zərbəsi nəticəsində uran emalı aparılan binalar zədələnib.

 





23.06.2025    çap et  çap et