İrana hücumlar başlayandan heç bir vətəndaşımız ölkəni tərk edib, harasa getməyib.
525.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün fəaliyyətini davam etdirir. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini davam etdirir.
Diplomat gərginlik səbəbindən İran vətəndaşlarının Azərbaycandan geri qayıda bilməmələri barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, yaranmış vəziyyətdən dərhal sonra İran Azərbaycan rəsmiləri ilə əlaqə qurub:
“Azərbaycan bu məsələdə köməyə hazır olduğunu bildirdi. Sərhəddən keçidlə bağlı lazımi addımlar atıldı. Ancaq vətəndaşlarımızın ölkəyə qayıda bilməməsi barədə bizə müraciət daxil olmayıb. Müraciətlər sadəcə Azərbaycandakı iranlı tələbələr tərəfindən edilib ki, onların da gedib-qayıtmasına şərait yaradılır”.
Pərvanə Sultanova