İsrailin İrana iyunun 13-dən başlayan hücumları nəticəsində 430 nəfər ölüb.
525.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu hücumlarda 3,5 min nəfər yaralanıb. 500 nəfər isə müalicə olunaraq xəstəxananı tərk edib:
“Onlar İranın sadəcə hərbi obyektlərinə hücum etdiklərini deyirlər, amma bu, doğru deyil, mülki obyektlərə də hücum ediblər”.
Pərvanə Sultanova