525.Az

"Naşir" jurnalının növbəti sayı çap olunub


 

"Naşir" jurnalının növbəti sayı çap olunub<b style="color:red"></b>

Azərbaycan Naşirlər və Poliqrafiyaçılar Birliyinin rəsmi orqanı olan"Naşir" jurnalının 2014-cü il üçün sonuncu sayı çap olunub.

Jurnalın bu sayında bir-birindən maraqlı, zəngin materiallarla oxucuların zövqünü oxşamağa çalışıb. Jurnalın baş redaktoru Gülnar Məsimlinin bildirdiyinə görə, bu sayda yeni "Telenəşr" rubrikasında  tanınmış əməkdar artist və gözəl səsin sahibi olan unudulmaz diktor Aydın Qaradağlı haqqında material yer alıb. Daha bir yeni rubrika "unutmayaq ki, unutmasinlar"  vasitəsi ilə yenə də dünyasını dəyişmiş gözəl sənətkar naşir Rafiq Hüseynov haqqında maraqlı yazı ilə yeniliyə imza atıb. Eyni zamanda jurnalın bu sayındakı qonaq Türkiyənin Azərbaycandakı dövlət müşaviri Seyid Əhməd Arslanla müsahibə, "ağ-qara"  rubrikasında şair Qulu Ağsəsin "Görsən üşüyürsən, yandır özünü..." başlıqlı yazısı, "ümumidən xüsusiyə" rubrikasında  şair Afaq Şıxlı və "çərçivə" rubrikasında Xalq rəssam Davud Kazımovla müsahibələr də yer alıb.

Bundan əlavə ədəbiyyat, sənət, kitab dünyası tarixinə aid maraqlı yazılarla silahlanan jurnalın maarifçilik istiqamətindəki bir çox maraqlı materialları göz oxşayır.

Jurnalın baş redaktoru  Gülnar Məsimli  ön sözündə qeyd edir: "Bilgili, savadlı olmaq ən əvvəl özünü tanımağa, ətrafı daha yaxşı dərk etməyə, cəmiyyətdə baş verən hadisələri daha çevik anlamağa və düzgün qiymətləndirməyə, bir sözlə, həyatdan, dünyadan baş çıxarmağa kömək edir. Bu keyfiyyətlərə sahib olmağın ən qısa yolu isə kitabdan keçir. Kitab daim səni doğruya zəkaya aqilliyə  doğru aparır. Ona görə də "Naşir" jurnalı kitaba, onu ərsəyə gətirən elmli, zəkalı yaradıcı insanlara hər sayında geniş yer verir".

 





25.12.2014    çap et  çap et