525.Az

ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib


 

ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib<b style="color:red"></b>

ABŞ-ın Qətərdəki səfirliyi bu ölkədəki vətəndaşlarına növbəti bildirişə qədər olduqları yeri tərk etməməyi tövsiyə edib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, səfirlik Qətərdəki ABŞ vətəndaşlarına elektron məktub göndərib.

Məktubda qeyd olunur ki, tövsiyə "ehtiyat tədbirləri" səbəbindən verilib. Əlavə məlumat verilməyib.

 





23.06.2025    çap et  çap et