525.Az

Rusiyada miqrantarın sayı kəskin azalıb


 

Rusiyada miqrantarın sayı kəskin azalıb<b style="color:red"></b>

Son 10 ildə Rusiyaya işləmək üçün gedən əcnəbilərin sayı 2 dəfə azalıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sosial Analiz və Proqnozlaşdırma İnstitutunun əməkdaşı Yuliya Florinskaya məlumat verib.

İnstitutun Daxili İşlər Nazirliyi və açıq mənbələrdən əldə etdiyi faktlar əsasında hesablamalarına görə, əgər 2015-ci ildə Rusiyada 6-7 milyon əmək miqrantı yaşayırdısa, hazırda bu rəqəm 2,5-3 milyon təşkil edir.

Qeyd edək ki, hesabatda 2015-ci ildən başlayaraq ölkə ərazisində əmək miqrantlarının sayının azalmasının ilbəil müşahidə edildiyi yer alıb. Buna əsas  səbəb kimi ölkə iqtisadiyyatının tənəzzülü və dolların kursunun artması göstərilir.

L.Tağıyeva

 





23.06.2025    çap et  çap et