525.Az

"Neftçi" Filip Ozobiçlə yollarını ayırıb


 

"Neftçi" Filip Ozobiçlə yollarını ayırıb<b style="color:red"></b>

“Neftçi” klubu futbolçusu Filip Ozobiçlə yollarını ayırıb.

525.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

 





24.06.2025    çap et  çap et