525.Az

Türkiyədə sərnişin avtobusu tıra çırpılıb - 24 nəfər yaralanıb


 

Türkiyədə sərnişin avtobusu tıra çırpılıb - <b style="color:red"> 24 nəfər yaralanıb</b>

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası olub.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, qəza Afyonkarahisar-Antalya magistral yolunda, Ekinova kəndi yaxınlığında baş verib. Sərnişin avtobusu arxadan tıra çırpılıb. Qəza nəticəsində 24 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub.  Yaralılar Sandıklı və Dinar Dövlət Xəstəxanasına aparılıb.

İbrahim Cəfərov

 





24.06.2025    çap et  çap et