525.Az

NATO Rusiyanın hərəkətləri fonunda nüvə doktrinalarına yenidən baxmalıdır - Qrinkeviç


 

NATO Rusiyanın hərəkətləri fonunda nüvə doktrinalarına yenidən baxmalıdır - <b style="color:red"> Qrinkeviç</b>

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiyanın hərəkətləri fonunda öz nüvə doktrinalarına yenidən baxmalıdır.

525.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp tərəfindən Silahlı Qüvvələrin Avropa Komandanlığının (EUCOM) rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş general-leytenant Aleksus Qrinkeviç bildirib.

“Rusiyanın nüvə doktrinasına edilən son dəyişikliklər nüvə silahından istifadə həddinin aşağı salınmasını təlqin edir. Bu dəyişikliklər nüvə sahəsinin geniş inkişaf sxemi, eləcə də Rusiyadan gələn ritorika ilə birlikdə bizim öz mövqeyimizi yenidən qiymətləndirməyə əsas verir”, - . Qrinkeviç Senatın Silahlı Qüvvələr Komitəsində onun namizədliyinə baxılmasına həsr olunmuş dinləmədə deyib.

O, Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, yeni vəzifəsində ilk üç ayda bu məsələlərin "hərtərəfli qiymətləndirilməsini" həyata keçirəcəyinə vəd verib.

Pərvanə Sultanova

 





24.06.2025    çap et  çap et