525.Az

Çinin 2 əyaləti təbii fəlakətlə üz-üzə


 

Çinin 2 əyaləti təbii fəlakətlə üz-üzə<b style="color:red"></b>

Çinin Quyçjou və Quansi əyalətlərində daşqınlar ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür davam edən leysan yağışlar çaylarda sululuğun artmasına və macərasından çıxmasına səbəb olub.

Nəticədə əsasən çaykənari ərazilər, yollar və yaşayış məntəqələri su altında qalıb. Daşqınların vurduğu ziyan dəqiq hesablanmasa da, bir neçə milyard dollar olacağı ehtimal edilir.

Qeyd edək ki, təkcə Konqszyan və Junqszyan şəhərlərinin 300 mindən çox sakini təxliyyə olunub. Yerli hakimiyyət orqanları təhlükəli ərazinin sakinlərinə nisbətən hündür ərazilərə daşınmalarını tövsiyə edib.

L.Tağıyeva

 





24.06.2025    çap et  çap et