Zabatkalye diyarında bir neçə gündür davam edən güclü meşə yanğınları hələ də söndürülməyib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 5 gün ərzində alov 4,5 min hektar ərazini məhv edib.
Yanğının söndürülməsinə 250 canlı qüvvə, 65 texnika, həmçinin İl-76 təyyarəsi və Mi-8 helikopteri cəlb olunub.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, yanğın nəzarətə götürülüb, yaşayış məntəqələri və lagerlərə keçməsinin qarşısı alınıb.
L.Tağıyeva
çap et