525.Az

Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb


 

Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb<b style="color:red"></b>

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

525.az-a bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır..

 





25.06.2025    çap et  çap et