525.Az

Azərbaycan futzal millisində əcnəbi baş məşqçi


 

Azərbaycan futzal millisində əcnəbi baş məşqçi <b style="color:red"></b>

Azərbaycan futzal millisində baş məşqçi dəyişikliyi olub.

525.az xəbər verir ki, Vİtali Borisovla yolları ayıran Futzal Federasiyası bu vəzifəyə əcnəbi mütəxəssis təyin edib.

"Araz-Naxçıvan"ı çalışdıran Yevgeni Kukseviç millinin yeni baş məşqçisi olub. Rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında açıqlanıb.

Qeyd edək ki, Yevgeni Kukseviç bu il yanvarından "Araz-Naxçıvan"ın baş məşqçisidir.

 





25.06.2025    çap et  çap et