525.Az

Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib


 

Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib<b style="color:red"></b>

NATO liderləri Haaqa İnvestisiya Proqramının qəbul edilməsi barədə razılığa gəliblər. Bunun da əsas tərkib hissəsi müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasıdır.

525.az “Report”a istinadən xəbər verir ki, bunu sammit yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş qərar alyans üzvlərinin xərclərinin və onun büdcəsinə qoyulan vəsaitlərin 2035-ci ilə qədər iki dəfə artırılması deməkdir.

"Bu gün alyans ölkələri daha güclü, ədalətli və səmərəli NATO üçün səs verdilər. Beləliklə müdafiə sənayemiz güclənəcək. Bu da təkcə təhlükəsizliyimizi artırmayacaq, həm də iş yerləri yaradacaq", - baş katib qeyd edib.

 





25.06.2025    çap et  çap et