525.Az

ABŞ Prezidenti Ukrayna məsələsini Putinlə müzakirə etmək niyyətindədir


 

ABŞ Prezidenti Ukrayna məsələsini Putinlə müzakirə etmək niyyətindədir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və Ukrayna arasındakı münaqişənin başa çatdırılması yollarını müzakirə etməyi planlaşdırır.

525.az "Report" a istinadən xəbər verir ki, o, bu barədə NATO sammitinin yekunları üzrə Haaqada keçirilən mətbuat konfransında bildirib.

"Mən Vladimir Putinlə danışmağı planlaşdırıram. Görək bunu başa çadıra bilərik? Beləliklə, Rusiya Prezidenti ilə danışacağam", - Ağ Ev rəhbəri bildirib.

O əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və digər ölkələrin liderləri ilə konstruktiv müzakirələr aparıb.

 





25.06.2025    çap et  çap et