525.Az

İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib


 

İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib<b style="color:red"></b>

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahının rəisi, general Əli Şadmaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Qeyd olunur ki, Şadmani ötən həftə İsrailin endirdiyi zərbə nəticəsində ağır yaralar aldıqdan sonra dünyasını dəyişib.

İyunun 17-də İsrail ordusunun mətbuat xidməti xəbər verib ki, Şadmani gecə İrana endirilən zərbələr zamanı məhv edilib.

 





25.06.2025    çap et  çap et