525.Az

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb


 

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlə söhbəti zamanı deyib: "Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik".

Türkiyə prezidenti xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: "Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər".

O, əlavə edib ki, Ankara Eurofighter qırıcılarının alınması mövzusunda işi davam etdirir: "Bu, Böyük Britaniya və Almaniya ilə davam edir. Ümid edirik ki, bu iki ölkə də bizim yaxşı niyyətimizi müsbət qəbul edəcək".

 





25.06.2025    çap et  çap et