525.Az

Naməlum şəxslər 3 yaşlı uşağı satışa çıxardılar


 

Naməlum şəxslər 3 yaşlı uşağı satışa çıxardılar<b style="color:red"></b>

 

Özbəkistanda pulsuz elan saytlarından birində dərc olunan elan ölkədə böyük rezonans doğurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər 3 yaşlı oğlan uşağını satışa çıxarıblar.

Elanda uşağa yaxşı qulluq olunduğu və çox yemədiyi qeyd edilib. "Satıcılar" körpəyə görə gülməli məbləğ - 150 min som (təxmini 20 manat) tələb ediblər.

Ölkənin uşaq ombudsmanı Aliyə Yunusova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Qeyd edək ki, elan bir qədər sonra saytdan silinib. Polis elanı yerləşdirənlərin axtarışına başlayıb.

L.Tağıyeva

 





25.06.2025    çap et  çap et