525.Az

Ağ Ev: İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb


 

Ağ Ev: İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb<b style="color:red"></b>

Birləşmiş Ştatlar İranın Amerika qüvvələrinin zərbə endirməzdən əvvəl nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib.

“Sizə deyə bilərəm ki, Birləşmiş Ştatların zənginləşdirilmiş uranın zərbədən əvvəl daşındığına dair heç bir əlaməti yoxdur. O, şənbə gecəsi həyata keçirilən zərbələrin uğuru sayəsində dağıntılar altında qalıb”, - deyə o əlavə edib.

 





25.06.2025    çap et  çap et