525.Az

İngiltərəli arxeoloqlardan qəribə tapıntı


 

İngiltərəli arxeoloqlardan qəribə tapıntı<b style="color:red"></b>

 

İngiltərəli arxeoloqlar Brampton yaxınlığında apardıqları arxeoloji qazıntılar zamanı 2 min yaşı olan ayaqqabı tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ayaqqabının Roma imperiyasının əsgərlərinə aid olduğu müəyyən edilib.

Dəridən hazırlanmış və uzunluğu 32 sm olan ayaqqabı uzun müddət torpağın altında qalmasına baxmayaraq, görünüşünü itirməyib. Bir qədər sonra ərazidə daha bir ayaqqabı tapılıb. 

Qeyd edək ki, arxeoloqlar qazıntı işlərini davam etdirirlər. Onlar bu ərazidə 2 min əvvəl düşərgə qurmuş romalılara aid başqa əşyaların da tapılacağına ümid edirlər.

L.Tağıyeva

 





25.06.2025    çap et  çap et