525.Az

Sabiq "Neftçi"li klubunu dəyişdi


 

Sabiq "Neftçi"li klubunu dəyişdi<b style="color:red"></b>

"Neftçi"nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.

525.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Çonnam Draqons" klubuna keçib.

Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lebonla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lebon 2023-2025-ci illərdə "Neftçi"də oynayıb. O, daha sonra Yunanıstanın "Kalitea" klubuna keçmişdi.

 





26.06.2025    çap et  çap et