525.Az

Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzaladı


 

Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzaladı<b style="color:red"></b>

"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayıb.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.


40 yaşlı hücumçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. Portuqaliyalı hücumçu başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib. 

 





26.06.2025    çap et  çap et