525.Az

Prezidentdən 21,5 milyonluq sərəncam


 

Prezidentdən 21,5 milyonluq sərəncam<b style="color:red"></b>

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatı və əhalinin içməli suya tələbatının ödənilməsi tədbirlərinə sərəncam verib.

525.az xəbər verir ki, sənədə görə, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində (siyahı) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu layihələndirilməli və qazılmalıdır.
 
Bu məqsədlə 2014-cü ilin dövlət büdcəsindən, prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon manat ayrılır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə eyni məqsədlə 2 milyon manat veriləcək.

 





26.12.2014    çap et  çap et