Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində aparılan genişmiqyaslı əməliyyatlar barədə məlumat verib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin başçısının sözlərinə görə, son iki həftə ərzində ölkənin 41 vilayətində, o cümlədən Ankara, İstanbul və İzmirdə əməliyyatlar keçirilib.
“Ümumilikdə, terrorçuluqda şübhəli bilinən 361 şəxs saxlanılıb. Saxlanılanlar qadağan olunmuş təşkilatın fəaliyyətində iştirakda, terror strukturlarının ideyalarını maliyyələşdirməkdə və təbliğ etməkdə, habelə qeyri-leqal şifrlənmiş proqramlardan istifadə etməklə “ByLock” vasitəsilə mesaj ötürməkdə ittiham olunublar", -deyən nazir əməliyyatlarda iştirak edən bütün strukturların əməkdaşlarına təşəkkürünü bildirib.
çap et