525.Az

"Araz-Naxçıvan"ın rəqibi yoxlama oyunları keçirəcək


 

"Araz-Naxçıvan"ın rəqibi yoxlama oyunları keçirəcək<b style="color:red"></b>

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris”  yoxlama oyunları keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Artıq komandanın rəqibləri də müəyyənləşib. "Aris" Şotlandiya "Livinqston"u (3 iyul), Belçika “Anderlext”i (5 iyul) və Niderland "AZ Alkmaar"ı (9 iyul) ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

 





27.06.2025    çap et  çap et