525.Az

İlk hibrid elektrik təyyarə sınaqdan çıxarıldı


 

İlk hibrid elektrik təyyarə sınaqdan çıxarıldı<b style="color:red"></b>

Artıq bir çoxları hibrid avtomobillərə öyrəşiblər, lakin klassik daxili yanma qurğuları ilə yanaşı, elektrik mühərriki ilə təchiz edilmiş uçan aparatlar haqda az insan eşidib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu cür uçan maşınlar üzərində “Boeing” kimi iri şirkətlər tərəfindən işlər aparılır.

Bu uçan aparatın əsasını Kembric Universitetinin mütəxəssisləri qoyub. Onlar “Boeing” ilə birgə birnəfərlik avtomobil yaradacaqlar. Artıq test uçuşlar həyata keçirilib. Məlum olub ki, Böyük Britaniyada 400 metr hündürlükdə havaya uçuş həyata keçirilib.
 
Bundan öncə analoji texnologiyalar uçuşları çətinliklə icra edirdilər. Çünki akkumulyatorlar çox ağır olurdu. Noutbuklarda istifadə edilən yeni litiy-polimer elementlər məhdudiyyətləri aşmağa imkan verdi. Propellerlər “Honda”nın ənənəvi dördtaktlı həllini və batareyalarını hərəkətə gətirirlər.
 
Bu arada benzinlə işləyən mühərrik qidalanma mənbələrini enerji ilə doldurma qabiliyyətinə malikdir (generator rolunda çıxış edərək).

Lent.az

 





26.12.2014    çap et  çap et