525.Az

Erməni arxiyepiskop Mikael Acapaxyan həbs olunub


 

Erməni arxiyepiskop Mikael Acapaxyan həbs olunub<b style="color:red"></b>

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

525.az APA-ya istinadən xəbər verir ki, ona qohumları xaricində kiminləsə ünsiyyət qurması qadağan edilib.

Qeyd edək ki, bu, son iki gündə həbs edilən ikinci arxiyepiskopdur. Bundan əvvəl isə yepiskop Baqrat Qalstanyan haqqında həbs qətimkan tədbiri seçilmişdi.

 





28.06.2025    çap et  çap et