Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan “Qarabağ”ın hazırlıq planı bəlli olub.
Bu barədə Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Komanda yanvarın 10-u Türkiyənin Antalya şəhərində hazırlığa start verəcək. “Qarabağ” Bələk bölgəsində yerləşən “İC Santai” otelində məskunlaşacaq. Hazırlıq 21 gün çəkəcək. Komanda fevralın 2-də vətənə dönəcək.
Ağdam təmsilçisi bu müddət ərzində Antlayada 6 yoxlama oyunu keçirəcək. Artıq bəzi klublarla danışıqlar aparılır. Yoxlama matçları 17 yanvar-1 fevral aralığında keçiriləcək.
çap et