525.Az

ABŞ qoşunları Əfqanıstandan çıxır


 

ABŞ qoşunları Əfqanıstandan çıxır<b style="color:red"></b> ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.
 
APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib.
 
“Biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik” - deyən prezident qeyd edib ki, Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq: “İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib”.
 
Bununla belə, B.Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.
 
Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında B.Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi kontingent 15 min nəfərədək azaldılacaq.
 





26.12.2014    çap et  çap et