525.Az

"Neftçi" növbəti transferini açıqladı


 

"Neftçi" növbəti transferini açıqladı<b style="color:red"></b>

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu Murad Xaçayevi transfer edib. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.

 





28.06.2025    çap et  çap et