525.Az

İranın neft emalı zavodunda partlayış olub


 

İranın neft emalı zavodunda partlayış olub<b style="color:red"></b>

İranın şimal-qərbində yerləşən Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, neft emalı zavodunun yaxınlığında qalın tüstü dumanı qalxıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Zavod fəaliyyətini adi rejimdə davam etdirir.

 





29.06.2025    çap et  çap et