525.Az

Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib


 

Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib<b style="color:red"></b>

Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb.

Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.

 





29.06.2025    çap et  çap et