525.Az

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır


 

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır<b style="color:red"></b> Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
 
P. Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
O bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək.
 





26.12.2014    çap et  çap et