İran son hücumlara görə İsrail və ABŞ-nin təcavüzkar kimi tanınmasını istəyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərilib.
İranın xarici işlər naziri Abbas Əraqçinin göndərdiyi məktubda İsrail və ABŞ-nin təcavüzkar kimi tanınması və İrana qarşı hücumlara görə məsuliyyətə cəlb olunması, o cümlədən təzminat ödənilməsi tələb edilib.
Həmçinin məktubda İsrailin İrana qarşı hücumlarının BMT qətnamələrinin açıq şəkildə pozulması olduğu qeyd edilib, mülki yaşayış məntəqələri, infrastruktur və günahsız insanların hədəf alındığını vurğulanıb.
İbrahim Cəfərov
çap et