525.Az

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb


 

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb<b style="color:red"></b>

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.

525.az-a bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müqavilə müddəti başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.

T.Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Kəpəz"də iki mövsüm keçirən Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.

Gəncə təmsilçisində icarə əsasında iki mövsüm keçirən Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.

 





30.06.2025    çap et  çap et